“Qalatasaray”ın finaldakı rəqibi bəlli oldu

galatasaray besiktas

Futbol üzrə Türkiyə Kubokunda ikinci finalçı məlum olub.

Globalinfo.az xəbər verir ki, yarımfinal oyununda “Trabzonspor” və “Göztəpə” komandaları üz-üzə gəlib. Görüş Qara dəniz təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da adını finala yazdıran “bordo mavililər” “Qalatasaray”la qarşılaşacaq.