Qadınların pensiya yaşı azaldılacaq? – Nazir müavini açıqladı

“Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur”.

Globalinfo.az xəbər verir ki,bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

“Əmək pensiyaları haqqında qanunla tənzimlənir. Pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur”.

Ayşən Mustafa
Globalinfo.az