Qadın futbolçular tarix yazdı – Rekord nəticə

“Barselona”nın qadınlardan ibarət komandası futbol tarixinin rekorduna imza atıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, katalonlar ardıcıl 50-ci qələbəsini qazanıb.

Onlar buna ötən gecə “Levantes Las Planas”ı 7:0 hesabı ilə məğlub etməklə nail olublar.

Bu həm kişilərin, həm də qadınların futbolunda ilk rekorddur.