26 yanvardan etibarən qaçqınların Qəzzaya qayıtmasına icazə veriləcək.
Globalinfo.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin media mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bazar günündən etibarən qərb istiqamətindən Qəzzaya yalnız piyadaların girişinə icazə veriləcək. Şərq sərhəddən isə avtomobillə hərəkət mümkün olacaq.
Girişə icazə verilən sərhəd məntəqələrdə rentgen aparatları yerləşdiriləcək. Bununla yanaşı, vətəndaşlara özlərinin və ailələrinin təhlükəsizliyi üçün qaydalara riayət etmələri tövsiyə olunub.
Əliyar Xəlil