Rusiya Prezidenti Vladimir Putin hazırda Ukrayna lideri Volodimir Zelenski ilə görüş keçirməyin məqsədəuyğun olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Putinin sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi Rusiya qoşunlarının irəliləməsinin qarşısını almaqdır.
Moskva isə münaqişənin həlli üçün uzunmüddətli və davamlı sülhün təmin olunmasına yönələn şərtlərin formalaşdırılmasını vacib hesab edir.
Rusiya lideri həmçinin bildirib ki, Ukrayna tərəfinin göndərdiyi məktubda “kobud məqamlar” yer alıb və bu səbəbdən hazırkı mərhələdə Zelenski ilə şəxsi görüş keçirmək üçün əsas görmür.
“Ukrayna ilə danışıqlar siyasi bəyanatlardan daha çox, bu sahədə xüsusi hazırlıq keçmiş peşəkar mütəxəssislər və səlahiyyətli nümayəndələr tərəfindən aparılmalıdır. Hazırda belə bir görüş üçün zərurət görmürəm. Danışıqlar müvafiq qurumların peşəkar nümayəndələri tərəfindən həyata keçirilməlidir”, – deyə Putin vurğulayıb.
Əliyar Xəlil