“İran bütün zəruri tədbirləri görərək Hörmüz boğazında gəmiçiliyin normallaşdırılmasına hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon danışığında deyib.
“İran Hörmüz boğazında dəniz nəqliyyatının normallaşdırılması, bu strateji marşrutun sabitliyi və təhlükəsizliyinin qorunması üçün bütün mümkün tədbirləri görəcək”, – deyə Pezeşkian vurğulayıb.
Onun sözlərinə görə, İran gəmiçiliyin inkişafına tam dəstək verməyə hazırdır.
“Əsas problem ABŞ-ın İranın gəmiçiliyi və ticarəti qarşısında yaratdığı məhdudiyyətlər və maneələrlə bağlıdır”, – deyə İran prezidenti qeyd edib.
Pezeşkian həmçinin Takaiçiyə İranın Hörmüz boğazından keçən Yaponiya gəmilərinin hərəkətinin daha da fəallaşmasına şərait yaratmağa çalışacağını bildirib.
Əliyar Xəlil