Rusiya Prezidenti Vladimir Putinin Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar sessiyasında çıxışı ilə eyni vaxtda Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı yeni hücuma başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Qara dəniz üzərində Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edildiyini bildirib.
Hadisə 18:00–20:00 arası baş verib.
Tahir Turan
Globalinfo.az