“ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün əldə olunmasında səmimi şəkildə maraqlıdır. Hazırda münaqişənin başa çatdırılması üçün Rusiya üçün ən uyğun vaxtdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbrik Kolbi “The New York Time”s qəzetinin deyib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.
Kolbi qeyd edib ki, “istəklilər koalisiyası” gələcək sülh sazişi və atəşkəs məsələləri üzrə ciddi hazırlıq işləri görülüb:
“Əgər mən Kremldə olsaydım, məsləhət görərdim ki, indi bu münaqişəyə son qoymağın ən münasib vaxtıdır. Prezident Donald Tramp simasında sülhə həqiqətən maraq göstərən bir lider var. Gəlin, rasional davranaq və razılıq əldə edək. Məncə, bu, ağıllı yanaşma olardı”.
O əlavə edib ki, ABŞ mümkün sülh sazişinin real və həyata keçirilə bilən olması üçün lazımi şərait formalaşdırır.
Xatırladaq ki, iyulun 23-də Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov görüş zamanı Moskvanın Ukrayna münaqişəsinin siyasi yolla həllinə hazır olduğunu və 2025-ci ildə Ankoric sammitində müzakirə olunan təkliflərə sadiq qaldığını təsdiqləyib.
Görüşdən sonra Rubio bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün yeni ideya və təkliflərə ehtiyac var. O, həmçinin vurğulayıb ki, ABŞ-ın Ukraynaya silah satışına dair siyasətində dəyişiklik yoxdur.
Əliyar Xəlil
Globalinfo.az