owl detail 620 e65a5c1cc56a5ecbe1ed557ff3b8c5fa

Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibanini qəbul edib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Rusiya-Suriya əməkdaşlığının möhkəmləndirilməsi, iqtisadi və humanitar sahələrdə birgə layihələrin inkişafı, eləcə də Yaxın Şərqdə sabitliyin təmin olunması yolları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Rusiya və Suriya arasında müttəfiqlik münasibətləri davam edir və Moskva, Dəməşq rejiminin əsas siyasi və hərbi tərəfdaşlarından biri sayılır.

Tahir Turan
Globalinfo.az

Paylaş: