Putin Rəisiyə zəng etdi – Nə danışdılar?

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər telefon danışığında siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

“Rusiya və İranın müvafiq departamentləri arasında təmasların intensivləşdirilməsi barədə razılığa gəlinib”, – deyə məlumatda bildirilir.