Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün detallarını açıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Kremlin rəsmi saytında yerləşdirilib.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırması məsələlərinin, eləcə də Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları nəzərə alınaraq davam etdirilməsi müzakirə olunub.
Rusiya tərəfindən gələcəkdə də Ermənistan və Azərbaycan sülh müqaviləsinin hazırlanması, delimitasiya və demarkasiya prosesinin irəlilədilməsi, eləcə də nəqliyyat-logistika əlaqələrinin bərpası məsələsində kömək etməyə hazır olduğu təsdiqlənib”, – məlumatda bildirilib.