Putin Fidel Kastronun abidəsinin açılışını etdi – FOTO

Moskvada Fidel Kastronun abidəsi ucaldılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, abidənin açılışını Rusiya və Kuba prezidentləri Vladimir Putin və Migel Dias-Kanel Bermudes ediblər.

“Biz burada, Fidel Kastronun adını daşıyan meydanda bu görkəmli dövlət və siyasət xadiminin abidəsini açmaq üçün toplaşmışıq. Müasir Kuba dövlətinin banisi Fidel Kastro bütün həyatını xalqın ideyalarının təntənəsi uğrunda fədakar mübarizəyə həsr edib. O, haqlı olaraq keşməkeşli, dramatik 20-ci əsrin ən parlaq və ən xarizmatik liderlərindən biri hesab olunur. Fidel Kastro həqiqətən əfsanəvi şəxsiyyət idi”, deyə açılış mərasimində çıxış edən Putin bildirib.

Diaz-Kanel abidənin ərsəyə gəlməsinə görə Rusiya tərəfinə və heykəltəraşlara minnətdarlığını bildirib.

“Ali Baş Komandanın şəxsiyyəti xalqlarımız və hökumətlərimiz arasında 60 ildən artıqdır ki, möhkəmlənən dostluqla çox sıx bağlıdır. Fidel ölkələrimizi birləşdirən qardaşlıq münasibətlərinin mahiyyətini çox gözəl anlayırdı”, – deyə Kuba prezidenti çıxışında söyləyib.

Putin Moskvada Fidel Kastronun abidəsinin açılışında iştirak edib - FOTO