İran hərbçiləri Krımda məhv edildi – Ukrayna

İranlı hərbi məsləhətçilər Krımda məhv ediliblər. Ukrayna ərazisində Moskvanın işğalını dəstəkləyən istənilən iranlı avtomatik olaraq hədəfə çevrilir.

Globalinfo.az bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“İranlılar Rusiya üçün silah tədarükçüsü olmadıqlarını iddia edirlər, amma bizə sübutlar lazımdır. Bunun üçün dəlillər varmı? Yoxdur! İranın bundan sonra Ukraynadakı istənilən hərbi mövcudluğu hədəfə çevriləcək. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq, bizim xalqın məhvində iştirak edirlərsə, onları öldürməliyik”, – o bildirib.

İlkin
Globalinfo.az