putin 3 900x506 1

Rusiya Ukraynada müharibəyə başlamayıb və səkkiz il ərzində Kiyevi Donbas ətrafındakı vəziyyəti sülh yolu ilə tənzimləməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin deyib:

“Biz Ukraynanı səkkiz il ərzində rusların yaşadığı bu hissə ilə anlaşmağa çağırdıq. Sonradan aydın oldu ki, bu, mümkün deyil. Çünki həmin vaxt Ukrayna rəhbərliyi açıq şəkildə bildirdi ki, Minsk razılaşmalarını yerinə yetirməyəcək. Bundan sonra öz maraqlarımızı və orada yaşayan insanları başqa vasitələrlə müdafiə etmək məcburiyyətində qaldıq”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda faktiki olaraq bütün “kollektiv Qərb”ə, o cümlədən NATO-ya qarşı mübarizə aparır. Rusiya lideri həmçinin vurğulayıb ki, Moskva Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara hazırdır. Belə ki, bütün məsələlər ultimatumlarla deyil, danışıqlar masası arxasında həll olunmalıdır.

“Düşmənlərimizə yalnız bir məsləhət verə bilərik. Rusiya ilə müharibə aparmayın, buna heç vaxt cəhd etməyin. Gəlin bütün məsələləri danışıqlar yolu ilə həll edək. Amma bu, ultimatum dili ilə deyil, qarşılıqlı hörmət və dialoq əsasında olmalıdır”, – Putin vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: