Putin müharibəni dayandırmaq üçün gizli danışıq aparır?

Kreml Ukraynanın neytral statusundan imtina etməyə və Kiyevin NATO-ya daxil olması ilə bağlı mövqeyini dəyişməyə hazır olması barədə məlumatlara münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu məlumatların həqiqətə uyğun olmadığını deyib.

Qeyd edək ki, bir qədər əvvəl “Blumberq” Kremlə yaxın mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynada “xüsusi hərbi əməliyyatın” başa çatması ilə bağlı danışıqlara hazır olduğuna dair məlumat yaymışdı.

Nəşr həmçinin Moskvanın bununla bağlı qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-a siqnallar göndərdiyini iddia edib.

Zaira Akifqızı
Globalinfo.az