Putin 24 il əvvəl ABŞ prezidentinə nə təklif edib? – Özü açıqladı

“2000-ci ildə ABŞ Prezidenti Bill Klintonun Moskvaya səfəri zamanı Rusiyanın NATO-ya üzvlüyünün mümkün olub-olmadığını soruşdum”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Teker Karlsona müsahibəsində deyib.

Rusiya prezidenti Moskvanın o zamanlar Qərblə yaxınlaşmaq və yaxşı münasibətlər qurmaq istədiyini bildirib:

“Həmin vaxt Kremldə ABŞ prezidenti ilə iclas keçirdik. Mən ona dedim ki, Bill, səncə, Rusiya NATO-ya qoşulmaq istəyərsə, bu, mümkün olarmı? O isə “maraqlıdır, düşünürəm ki, ola bilər” cavabını verdi. Lakin sonra axşam yeməyi zamanı tamamilə başqa bir cavab verdi. Mənə dedi ki, komandası ilə bu məsələni müzakirə edib, hazırda belə bir şey mümkün deyil. Onun özündən də soruşa bilərsiniz. Yəqin ki, müsahibəni izləyəcək və dediklərimi təsdiqləyəcək”.

Ayşən Mustafa
Globalinfo.az