Sumqayıtda intihar hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, dünən şəhərin 4-cü mikrorayon, bina 11/66 ünvanında 1953-cü il təvəllüdlü İmaməli Hüseynov yaşadığı 5-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İ.Hüseynovun psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.