“Ankara və Afina ölkələr arasında mövcud olan problemləri həll etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, tərəflər arasındakı problemlərin həlli üçün siyasi iradənin olduğunu təsdiqləyib.
“Biz Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə Ankara və Afina münasibətlərindəki problemli məsələləri müzakirə etdik. Afina Bəyannaməsində qeyd edildiyi kimi, səmimi dialoq və mehriban qonşuluq iradəmizi ortaya qoyduq”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, NATO müttəfiqləri olan Yunanıstan və Türkiyə uzun böhran dövründən sonra münasibətləri düzəltməyə səy göstərirlər.Belə ki, 2023-cü il dekabrın 7-də Afinada Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri arasında danışıqlar aparılıb və Yüksək Əməkdaşlıq Şurasının iclası keçirilib. Nəticədə “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə” imzalanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az