Prezidentdən xahiş etmişdi, 82 yaşlı Qəribə nənənin arzusu yerinə yetirildi – VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da Zabuxa səfəri zamanı ölkə rəhbərliyindən ölən oğlunun ailəsinin də Laçına köçürülməsini xahiş edən 82 yaşlı Qəribə Həsənovanın arzusu yerinə yetirilib.

Globalinfo.az xəbər verir ki, yaşlı qadının istəyi bu gün reallaşıb.

Xatırladaq ki, Zabux sakini olan Qəribə Həsənova Prezident və xanımından “Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz” xahişini etmişdi. İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə Qəribə Həsənovanın qohumlarının onun yanına köçürülməsini təşkil etmək tapşırığı vermişdi.

Beləliklə, dövlət başçısının göstərişi ilə Qəribə Həsənovanın gəlini və nəvələrinin Zabuxa köçürülməsi təmin edilib.