Prezident Vaqif Dərgahlını da təltif etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Globalinfo.az xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı “Vətən uğrunda” medalı ilə təltif olunub.