Prezident Məşhur Məmmədovu təltif etdi

Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 4-də M.Məmmədovun 60 yaşı tamam olur.