Premyer Liqada bu mövsüm neçə komanda olacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: “Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan “Şamaxı” çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş “Araz Naxçıvan” elitaya yüksələcək”.

X X X

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov məlumat verib.

O, “Zaqatala” və “Araz Naxçıvan”ın elitada çıxış edəcəyini söyləyib.