Polşanın Baş naziri Donald Tusk ABŞ-da respublikaçı senatorların Ukraynaya maliyyə yardımının göndərilməsinin əleyhinə səs verməsini tənqid edib.
Globalinfo.az xəbər verir ki, baş nazirin “X” platformasında məsələ ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
“Hörmətli respublikaçı senatorlar! Milyonlarla insana azadlığı və müstəqilliyini geri qazanmağa kömək edən Ronald Reyqan bu gün məzarında tərs dönür. Sizə ayıb olsun”, – paylaşımda bildirib.
Qeyd edək ki, çərşənbə günü respublikaçı senatorlar Ukrayna və İsrailə ümumilikdə 95 milyard dollarlıq maliyyə yardımının göndərilməsi haqda qanun layihəsinin əleyhinə səs veriblər. Artıq bir müddətdir ki, Senatdakı fikir ayrılığı səbəbi ilə Ukraynaya 60 milyard dollar məbləğində yardımın göndərilməsi gecikir.
Ayşən Mustafa
Globalinfo.az