2025 09 10T082355Z 1259081418 RC2WOGAHXN6S RTRMADP 3 UKRAINE CRISIS POLAND ATTACK pic 32ratio 900x600 900x600 95977

Polşa Qərb müttəfiqlərindən ərazisini daha yaxşı qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemləri və dron əleyhinə texnologiya tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Varşavanın tələbi qonşu Ukraynada kütləvi hava hücumu zamanı Polşanın ərazisinə daxil olmuş pilotsuz uçan aparatların yaratdığı təhlükə fonunda irəli sürülüb. Ötən gecə Polşa öz hava məkanında ən azı 23 dronu vurub. Məlumata görə, əgər tədbir görülməsə, vəziyyət daha da çətinləşə bilər.

Qeyd edək ki, baş nazir Donald Tusk hadisədə Rusiyanı günahlandıraraq NATO-nun nizamnaməsinin 4-cü maddəsinə əsasən müttəfiqlərlə məsləhətləşmələrin aparılmasını tələb edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: