5abd750d 9711 3e0e bc11 3b4ca2c465cc 850

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və cari il ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı ümumilikdə 48 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

b1d05e0f 7351 3171 9c2f 6664baa168ea

Paylaş: