Pilot səhvən təyyarəni başqa şəhərə endirdi

United Zealand Airlinesin pilotu təyyarəni səhvən başqa şəhərə endirib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, pilot səhvini pis hava şəraiti ilə əlaqələndirib.

Təyyarənin Laqosdan Nigeriyanın paytaxtı Abucaya uçduğu dəqiqləşib. Pilot təyinat şəhərinin əvəzinə paytaxtdan 321 kilometr aralıda yerləşən Asabaya enib. Eniş zamanı təyyarənin kapitanı sərnişinləri Abucaya gəlişləri münasibətilə təbrik edib. Sərnişinlər nəyinsə səhv olduğundan şübhələndikdə, pilot ona səhv uçuş məlumatı verildiyini bildirib.

Sonra o, hava şəraitinin nəzərdə tutulan şəhərə getməsinə imkan vermədiyini bildirib.