Kremldən Paşinyanın sözlərinə reaksiya

“Kreml Ermənistanın Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi olmadığına dair bəyanatına diqqət yetirib”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, bu istiqamət çox mühümdür, Moskva Ermənistanın mövqeyini nəzərə alır.

Peskov iki ölkə arasında konseptual müttəfiqlik münasibətlərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Rusiya-Ukrayna müharibəsində Ermənistanın bitərəf qalmağa çalışsa da, çətinlik və risklərlə üzləşdiyini açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az