Penitensiar Xidmət və DİN əməliyyat keçirdi: tutulan var

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar Xidmətdən Globalinfo.az-a verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz  narkotik dövriyyəsi) maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq Təcridxanasının qarşısında saxlanılıb.

O, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.