Paşinyanın yaratdığı mif yox oldu: “Adi gözlə görünür…”

“İrəvanda keçirilən mer seçkilərində Nikol Paşinyan məğlub oldu”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni bloger Mikael Badalyan bildirib.

“Seçkilərin əsas nəticəsi hakimiyyətyönlü koalisiyanın, yəni Nikol Paşinyanın məğlub olması idi. Paşinyanın yenilməzliyi mifi məhz onun seçkilərdəki inamlı qələbələri sayəsində formalaşırdı. Ötən gün bu mif dağıldı”, – bloger bildirib.

O qeyd edib ki, seçkidəki bütün qayda pozuntularına baxmayaraq, bu nəticə hasil olub:

“Hakimiyyət məğlub oldu. Hakimiyyətin yıxıldığı adi gözlə də görünür”.

Tamerlan Yayaqan
Globalinfo.az