Paşinyanın keçmiş müşaviri görüntü yaydı, ölkə qarışdı: “Aprel döyüşlərində…” – FOTO

untitled 52.thumb

Ermənistanın sabiq müdafiə naziri, Baş nazir Nikol Paşinyanın keçmiş müşaviri Arşak Karapetyanın sosial şəbəkə hesabında paylaşdığı foto ölkədə birmənalı qarşılanmayıb.

Globalinfo.az xəbər verir ki, Karapetyan Kazanda keçirilən BRİKS+ sammitinə qatılan Paşinyanın qarşısında “Azərbaycan” yazısının əks olunduğu foto yayıb.

Sanki “Ermənistan” yerinə qəsdən “Azərbaycan” yazıldığı, Paşinyanın da bunu bilərək o yazının arxasında əyləşdiyi təəssüratını yaradıb. Onun bu addımı ölkədə birmənalı qarşılanmayıb. Keçmiş müdafiə naziri erməni ictimaiyyəti tərəfindən “saxtakar” adlandırılıb.

Erməni politoloq Styopa Səfəryan Karapetyanın əvvəllər Paşinyana yaxın olduğunu bildirib:

“Bu adam 44 günlük müharibədən əvvəl baş nazirin müşaviri idi. Müharibədən aylar sonra isə Ermənistanın müdafiə naziri oldu. O, 2016-cı il Aprel döyüşləri zamanı kəşfiyyat xidmətinin fəaliyyətinə cavabdeh idi. Belə titullara sahib bir şəxs indi məsuliyyətsiz davranır, saxta məlumat yayır. Bu, qəbuledilməzdir”.

WhatsApp Image 2024 10 25 at 04.22.24

464284953 2837702426406141 1578951072903235286 n
Fotonun orijinalı

Ayşən Mustafa
Globalinfo.az