Paşinyanın Fransa Prezidenti ilə telefon danışığı: Azərbaycanla normallaşma prosesi…

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub,

Globalinfo.az xəbər verir ki, bu haqda Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Laçın dəhlizindəki vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.