pasinyan 91

Ermənistanda baş nazir Nikol Paşinyanı “xəyanətkar” adlandıran bloqer Artak Avetisyan həbsdən azad edilib, lakin onun ictimai çıxışlarına qadağa tətbiq olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan məlumat verib.

Məlumata əsasən, Avetisyan barəsində inzibati nəzarət tədbiri seçilib və ona ictimai çıxışlar etmək qadağan olunub.

Xatırladaq ki, bloqer mayın 15-də saxlanılıb və bir ay müddətinə həbs edilib. O, daha əvvəl hakim “Vətəndaş Müqaviləsi” partiyasının təşviqat kampaniyası zamanı “Nikol xəyanətkar!” şüarını səsləndirdiyi üçün tutulub.

İstintaq Komitəsinin məlumatına görə, Avetisyan 12 may 2026-cı ildə sosial şəbəkədə yayımladığı videoda nifrət və düşmənçilik yaradan ifadələr işlədib. Bu səbəbdən ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (nifrət və düşmənçiliyin yayılması) ilə cinayət işi başlanılıb. Daha sonra iş xuliqanlıq maddəsinə tövsif edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: