Paşinyandan Tiflisə kritik zəng: Əliyevlə görüş razılaşdırılır?

Ermənistan Baş naziri Nikol Paşinyanla Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Globalinfo.az bildirir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

Baş nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər, həmçinin Cənubi Qafqazda vəziyyətin yaxşılaşdırılmasını vurğulayaraq, bu istiqamətdə addımların atılması gərəkdiyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Tiflisə səfərindən sonra İrəvanın Gürcüstanla əlaqələri güclənib. Hətta son olaraq ölkənin xarici işlər nazirinin müavini dünən Tiflisə səfər edib. Təmasların belə artması Azərbaycanla Ermənistan arasında növbəti görüşün Tiflisdə keçiriləcəyi ehtimallarını artırır. Belə bir iddia bir müddət əvvəl Ermənistan mətbuatı tərəfindən də gündəmə gətirilmişdi.

İlkin
Globalinfo.az