Paşinyan yaxın adamını Papikyana müavin təyin etdi: İrəvanda nə baş verir?

Hraçya Sarkisyan Ermənistanın Baş nazirinin müşaviri vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nikol Paşinyan qərar imzalayıb.

Sarkisyan Ermənistanın müdafiə naziri Suren Papikyanın müavini vəzifəsinə təyin edilib.

Hraçya Sarkisyan əvvəllər İrəvanın meri vəzifəsini icra edib. Lakin bu il martın 17-də istefa verib, aprelin 4-də isə baş nazirin müşaviri təyin edilib.

Sarkisyan hökumətdə Paşinyanın yaxın adamlarından hesab edilir. Müdafiə naziri Suren Papikyanla baş nazir arasında münasibətlərin yaxşı olmaması, Papikyanın Paşinyana qulaq asmadığına dair iddiaların getdikcə gücləndiyi bir zamanda bu təyinat xüsusi müzakirələrə səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az