pasinyan teyyare

Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüş Dolmabahçe sarayında baş tutacaq. 

Globalinfo.az xəbər verir ki, görüşün saat 19:00-da keçirilməsi gözlənilir.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyədə işgüzar səfərdədir. 

Globalinfo.az xəbər verir ki, baş naziri hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb. 

Globalinfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərini İstanbulda qəbul edəcəyi açıqlanıb.

Məlumata görə, Ermənistan nümayəndə heyətinin tərkibində Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, parlamentin sədr müavini və Türkiyə ilə normallaşma prosesi üzrə nümayəndə Ruben Rubinyan,  Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan və digər rəsmi şəxslər var.

5379996565093084052

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: