“Güclü Ermənistan” bloku parlament seçkilərində qələbə qazanacağı təqdirdə aztəminatlı ailələrin elektrik və su ödənişlərini ləğv etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə blokun eyniadlı partiyasının şura üzvü, lider Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan video müraciətində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə xüsusi fond yaradılacaq və sosial cəhətdən həssas ailələrin kommunal xərcləri həmin fond vasitəsilə qarşılanacaq.
“Yoxsulluğun aradan qaldırılması fondu” diaspor ermənilərinin ianələri hesabına maliyyələşdiriləcək. Karapetyan bu mexanizmin yoxsulluqla mübarizədə mühüm addım olacağını bildirib.
Samvel Karapetyan isə təqdim olunan proqramlara zəmanət verdiyini və komandasının elan etdiyi layihələrin icrasına inandığını açıqlayıb.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edəcək.
Əliyar Xəlil