
“Xalqımız “müvəqqəti dayanacaq psixologiyası”ndan imtina etməli, Ermənistanı öz vətəni və əsas sığınacağı kimi görməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, vətən axtarışı prosesi artıq başa çatıb və Ermənistan yeganə vətən kimi qəbul olunmalıdır:
“İnsanların düşüncəsində Van, Muş, Qarabağ və Naxçıvana qayıdış ideyası qalarsa, Ermənistan “tranzit məntəqə” kimi qəbul ediləcək.
Hazırkı siyasi proses Ermənistanın “müvəqqəti dayanacaq” yox, “son məkan” kimi qəbul olunmasına yönəlib”.
Safura Bənnayeva
Globalinfo.az