Ermənistanda rəsmi seçki kampaniyasının başlaması fonunda Qarabağdan olan ermənilərə qarşı nifrət xarakterli ifadələrin sayı kəskin şəkildə artıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Regional Demokratiya və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan yeni monitorinq hesabatında bildirilir.
Hesabat Avropa İttifaqı və ABŞ-ın German Marşall Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.
Sənədə əsasən, may ayında bu cür ritorikanın əsas yayıcıları hakim “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələri və onların tərəfdarları olub. Hesabat müəllifləri nifrət nitqinin əsas mənbəyi kimi Ermənistanın Baş naziri Nikol Paşinyanı göstərirlər.
Əliyar Xəlil