Paşinyan Putinin andiçmə mərasimində iştirak edəcək? – AÇIQLADI

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməyəcəyi hələlik müəyyənləşməyib.

Globalinfo.az xəbər verir ki, Nikol Paşinyan mövzu ilə bağlı verilən sualları cavablandırıb.

“Bütün qərarlar kimi bu haqda fikirləşməliyəm. Hələ dəqiq cavab verə bilməyəcəm”-Paşinyan deyib.

Qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi may ayının 7-də keçiriləcək.

Safura Bənnayeva
Globalinfo.az