pasinyan1

Erməni ictimai xadim Karen Hekimyan deyib ki, Ermənistan artıq Rusiya üçün dost ölkə deyil. Onun sözlərinə görə, rus sərhədçiləri Ermənistana gələnlərə xəbərdarlıq edirlər:
“Sərhədçilər, Ermənistanın dost ölkə olmadığını bildirib və buraya səfər etməməyi məsləhət görüblər”.

Rusiyanın Ermənistanda 102-ci bazasının olduğunu da nəzərə alsaq bu iddialar doğruluğu əks etdirirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Soros fondunun maliyyə dəstəyi ilə hakimiyyətə gətirilib:

“ABŞ-ın Nikol Paşinyanı hakimiyyətə gətirməkdə əsas məqsədi Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək və başda ABŞ olmaqla Qərb koalisiyasının İrəvanda düşərgə salmasına şərait yaratmaq idi. Paşinyan üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməkdədir. Artıq Ermənistanda bütün strukturlar sorosçular tərəfindən idarə olunur. Açıq şəkildə anti-Rusiya təbliğatı aparılır. 44 günlük Vətən müharibəsindən sonra bu təbliğat daha aktiv fazaya keçdi. Ermənistanın məğlubiyyətinin əsas səbəbi kimi də Rusiyanı günahkar çıxartmaq istəyirlər. Rusiyadan gələn hər bir təklif sorosçular tərəfindən rəsmi Moskva əleyhinə istifadə olunmaqdadır. Ermənistanın hava limanının mühafizəsi də Birləşmiş Ştatların təkidi ilə rus nəzarətindən çıxarıldı. Bu da məqsədyönlü idi”.

azad mesiyev

Azad Məsiyev

Politoloqun sözlərinə görə, ABŞ Ermənistanı özündən asılı vəziyyətə salmaq üçün iqtisadi, siyasi və hərbi baxımdan Paşinyanın əlini gücləndirir:

“Birləşmiş Ştatlardan gələn təlimatlara əsasən Rusiyanın 102-ci bazası qarşısında etiraz aksiyaları, eləcə də bənzər addımlar atılmaqdadır. Bu günə qədər Ermənistanda aparılan anti-rus təbliğatlara Rusiya ictimai xadimləri və s. cavab verirdisə, artıq bunu rəsmi dövlət nümayəndələri edir. Paşinyan ümumiyyətlə, Cənubi Qafqazda gərginlik yaratmağa hesablanmış siyasət yürüdür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: