pasinyan secki

Nikol Paşinyan da eyni qərarı verərkən parlament seçkisi barədə düşünə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin erkən prezident seçkisi qərarından sonra iddia edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan da eyni qərarı verərkən parlament seçkisi barədə düşünə bilər. Bəzi ekspertlər hesab edir ki, 2024-cü ildə danışıqlar daha da intensivləşəcək və buna görə də Paşinyan hakimiyyətini qorumaq istəyir.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Nikol Paşinyan erkən parlament seçkisi barədə düşünə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Nikol Paşinyan erkən parlament seçkilərinin keçirilmə qərarı verə bilər:

elxan sahinoglu 4

Elxan Şahinoğlu

“Məsələ ondadır ki, gələn il iki ölkə arasında danışıqlar intensivləşəcək. Ermənistan müxalifəti isə indidən Nikol Paşinyanı sülh sazişində Azərbaycana güzəştə getməkdə ittiham edir. Buna görə də Paşinyan əlini gücləndirmək istəyir.

Erkən parlament seçkisi vasitəsilə əlini gücləndirəcəyini planlaşdıran Paşinyan müxalifəti zəiflədib, İlham Əliyevlə danışıqlarda arxaya boylanmadan nəticə əldə etmək istəyə bilər. Paşinyan həm də ona arxayındır ki, Ermənistanın susqun çoxluğunun ona olan dəstəyi azalmayıb.

Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi və iki ölkə arasında atılacaq digər addımlar Paşinyanın mövqelərini daha da gücləndirəcək.

Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra müharibə istəmir, Azərbaycan və Türkiyə ilə məsələlərin danışıqlar yolu ilə həllini istəyir. Bu, Paşinyanın işinə yarayır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: