Paşinyan onları barmağına dolayır: Görüşür, dinləyir, sonda…

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə demokratiya pərdəsi yaratmaq üçün vaxtaşırı olaraq parlamentdənkənar qüvvələrlə görüşlər keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, parlamentdənkənar qüvvələr bu formatdan narazıdır və müvafiq görüşlərin formal xarakter daşıdığını düşünürlər.

“Paşinyan onlarla görüşür, dinləyir, şəkil çəkdirir, ancaq yekunda heç nə dəyişmir, bütün təkliflər havada qalır. Nikol onların rəyləri ilə hesablaşmır, istənilən məsələdə öz bildiyini edir.

Paşinyan sadəcə bu görüşlər vasitəsilə demokratiya fonu yaradır. Bundan başqa həmin görüşlər heç kimə heç nə vermir”, – qəzet yazıb.

Tahir Turan
Globalinfo.az