Paşinyandan konstitusiya dəyişikliyinə fərqli yanaşma

“Konstitusiya referendumu bizi dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

“Beləliklə biz qeyri-dövlət adamlarından dövlət adamlarına çevriləcəyik. Hökumətin yeganə çıxış yolu xalqla danışmaqdır. Biz ümumilikdə bütün münasibətləri nizamlamalıyıq. Əslində, bu məsələyə legitim yanaşma belədir: mənim sizdən gözləntim nədirsə, sizin də məndən gözləntiniz o olsun”, – Paşinyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az