“Paşinyan geosiyasi fəlakəti Ermənistana gətirdi” – Qalstanyan

“Nikol Paşinyan bütün geosiyasi fəlakəti bizim ölkəyə gətirib. Onlar Qərbi tanımırlar, bilmirlər bu nədir. Yeganə ümidləri haradansa pul almaqdır.

Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.

O həmçinin Azərbaycanla Ermənistan arasında aparılan delimitasiya və demarkasiya prosesinin guya ölkəsini alçaltmağa yönəldiyini bildirib:

“Baş verənlər haqqında dedikləri sadəcə yalandır. Bu, ekstradisiya və müharibə prosesidir. Ona görə ki, hər addım məcburiyyətdir”.

Əliyar Xəlil
Globalinfo.az