Paşinyan: “Ermənistanın taleyi qeyri-müəyyəndir”

“Regionda sabitliyin əsas amillərindən hesab edilən dünya nizamı artıq yoxdur, yeni nizamın necə olacağı isə bilinmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, hazırkı şəraitdə Ermənistanın taleyinin necə olacağı qeyri-müəyyəndir”.

“Ukrayna müharibəsinə görə regionumuza geosiyasi təsirlər azalıb, Şərq-Qərb çərçivələri bizim üçün kifayət qədər işləmir. Hazırda Ermənistan üçün qarşıdurmanın yaşanmayacağı bir siyasət həyata keçirilməlidir. Biz qonşu ölkələrlə ən ciddi məsələlərin belə əməkdaşlıq səviyyəsində həllinə çalışırıq. Bu baxımdan Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətlərin tənzimlənməsi, İran və Gürcüstanla əlaqələrin inkişafı zəruridir”.

Ayşən Mustafa
Globalinfo.az