Paşinyan Münhendə: ermənilər bu görüntünü tirajlamağa başladı – FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Məlumata görə, N.Paşinyan fevralın 16-dan 18-dək Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.

Sosial şəbəkənin erməni seqmentində Paşinyan və Akopyanın Münhendə ailə ənənəsinə sadiq qalaraq pivə içəcəyi haqda ironik paylaşımlar edilir.

Leyla Əlisoy
Globalinfo.az