Paşinyan Azərbaycanla bağlı iki məsələni kitaba salır

“Ermənistan tərəfinin regional kommunikasiyaların açılması və “sülhün kəsişməsi” konsepsiyası haqqında fikirlərini ifadə kitabça yayımlanacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, sözügedən konsepsiya ilə bağlı yeni heç nə yoxdur, sadəcə termin dəyişikliyi var:

“Kitabça ingilis dilindədir. Biz bunu regional layihə kimi qəbul edirik. Sadəcə, bəzi yerlərdə bu layihə “dəhliz” termini kimi işlədilir. Dünyada bu məsələyə yanaşma fərqlidir. Bu layihəni beynəlxalq tərəfdaşlarımıza da göndərməyi planlaşdırırıq”.

Paşinyan vurğulayıb ki, çap materialı axşam hazır olacaq və yaxın zamanda parlamentə göndəriləcək, həmçinin bu mövzuda video da hazırlanacaq.

Ayşən Mustafa
Globalinfo.az