2021-də Putin Qarabağ haqda bunları deyəndə… – Mamicanyan

“Baş nazir Nikol Paşinyanın Bakı ilə apardığı danışıqlar nəticəsində əldə ediləcək sənədi sülh haqqında razılaşma adlandırmaq günah olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şəfərim var” fraksiyasının deputatı Ayk Mamicanyan deyib.

O, Ermənistan hökumətinin ölkə ictimaiyyətini daima yeni güzəştlərə hazırladığını bildirib:

“Ölkədə çox maraqlı informasiya fenomeni müşahidə edilir. 2021-ci ilin yazında ABŞ səfiri Qarabağın “öz müqəddəratını təyinatı”ndan danışanda hakimiyyətyönlü media susurdu. Rusiya Prezidenti Vladimir Putin, Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozef Borel də bu məsələni gündəmə gətirəndə yenə təşviqatçılar susdular. Yəni təbliğat maşını həmişə bizim maraqlarımızdan irəli gələn məsələ olanda susur. Lakin ABŞ və Aİ-dən kimsə ağır güzəştlər deyən kimi bu informasiya dərhal hər yanı tutur. Fikrimcə, bundan nəticə çıxarmaq lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az