Parlamentin həyətində inəklər peyda oldu – FOTOLAR

Almaniyanın paytaxtı Berlində “Qrinpis” və Kənd Təsərrüfatı üzrə İşçi Qrup adlı təşkilatların fəalları inəklərin tövlələrdə saxlanılmasına etiraz etmək məqsədilə qəribə aksiya keçirib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, nümayişçilər inək sürüsünü Almaniya parlamentinin (Bundestaq) binasının qarşısındakı otluq əraziyə gətiriblər.

Aksiya iştirakçıları “İnəklər otlaqda” yazılmış plakatlar açaraq inəkləri parlamentin qarşısındakı çəmənlikdə otarıblar.

Etirazçılar bildirib ki, Almaniyada inəklər ilin 70%-i tövlədə qalmaq məcburiyyətində olurlar və bu qərar dəyişdirilməlidir. Onlar siyasətçilərdən fermerlərə dəstək verilməsini tələb ediblər.

1244965

1244966

1244967

1244963