Parlament İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi

Milli Məclis Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Globalinfo.az bildirir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.